Salyanda 14 yaşlı oğlan itkin düşdü - FOTO

Hadisə
15:10 / 30.04.2022
770
Salyan rayon sakini itkin düşüb.
Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, Salyan rayonu Kürsəngi kənd sakini X.Məmmədova cari ilin mart ayının
8-də Rayon Polis Şöbəsinə müraciət edərək, 7 mart tarixində oğlu, 2008-ci il təvəllüdlü H.Hacıyevin yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.
H.Hacıyevin əlamətləri belədir: boyu 170 sm., arıq bədən quruluşlu, sarışın və qısa saçlı.Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 055-390-87-87 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
