Logo

“Koroğlu”da qəza, ölən var

“Koroğlu”da qəza, ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sfera.az-ın məlumatına görə, Bakı Metropoliteninin "Koroğlu” stansiyasının qarşısında yeraltı piyada keçidinin yaxınlığında avtomobil Heydər Əliyev prospektini keçməyə çalışan gənci vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1993-cü il təvəllüdlü Rəsul Yusifovdur.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət işi açılıb, araşdırma aparılır. (Qafqazinfo)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR