Bakıda sürücülüyü olmayan şəxs 2 nəfəri öldürdü

Hadisə
17:50 / 27.04.2022
1428
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Sfera.az xəbər verir ki, bu gün saat 03:15 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65-ci kilometrliyində Bakı şəhər sakini 1995-ci il təvəllüdlü İbrahim Qaraş oğlu Əsədzadə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi "Şevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə paytaxt istiqamətində hərəkətdə olarkən, yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Emil Məhəmməd oğlu Qurbanovu və 1967-ci il təvəllüdlü Səyavuş Əyyub oğlu Cəfərovu vurub, eyni anda sonuncuya məxsus "Mersedes” markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində S.Cəfərov və E.Qurbanov hadisə yerində həlak olublar. Faktla bağlı araşdırma aparılır.