Logo

Telefon dirəyindən yıxıldı

Telefon dirəyindən yıxıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Telekommunikasiya Qovşağının əməkdaşı telefon dirəyindən yıxılaraq ağır xəsarət alıb.

Sfera.az-ın məlumatına görə, hadisə Qax rayonunun  Ağyazı kəndində baş verib.

Sözügedən kəndin sakini, 1994-cü il təvəllüdlü Mahmudov Telman Məhəmməd oğlu telefon dirəyində təmir işləri aparan zaman yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Telman Mahmudov Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR