Hafiz Məmmədovla bağlı qərar dəyişdirildi

Hafiz Məmmədovla bağlı qərar dəyişdirildi
İş adamı Hafiz Məmmədov barəsində seçilən ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.
 
Sfera.az xəbər verir ki, Dövlət Vergi Xidməti Hafiz Məmmədovun hazırki maddi vəziyyəti ilə bağlı loyal münasibət göstərərək məhkəmə tərəfindən seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəməyib.
 
Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.
 
Qeyd edək ki, H.Məmmədov böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində sahibkarın barəsində cinayət işi başlanıb.
 
Cinayət işi çərçivəsində H.Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə iş adamının barəsində həbs qətimkan tədbiri seçilmişdi.
 

OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...