Krediti qaytarmaq üstündə dava düşdü - Əmisi və əmisi arvadını döydü

Hadisə
09:48 / 14.04.2022
1353
Goranboyda qohumlar arasında dava düşüb.
Sfera.az-ın yerli bürosunun verdiyi məlumata görə, Kələk kənd sakini 51 yaşlı Aqil Babayev və onun həyat yoldaşı 47 yaşlı Mənzurə Sarıyeva döyülüb.
Hər iki şəxs Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilib. İlkin məlumata əsasən ər və arvad A.Babayevin qardaşı oğlu Ülvü Babayev tərəfindən döyülüb. İlkin məlumata görə, Ü.Babayevin götürdüyü kreditə əmisi və əmisi arvadı zamin durub.
Sonradan kreditin qaytarılmasında problemlər yaşanıb və tərəflər arasında mübahisə də bu səbəbdən baş verib.