Logo

Tərtərdə qoyun otaran şəxs minaya düşdü - Ayaqları amputasiya olundu - YENİLƏNDİ

Tərtərdə qoyun otaran şəxs minaya düşdü - Ayaqları amputasiya olundu - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tərtər rayonunda qoyun otaran şəxs minaya düşüb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova "Report”a bildirib ki, Goranboy rayonu Xoylu kəndi sakini 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu hər iki baldırın orta 1/3 hissəsinin travmatik amputasiyası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

O qeyd edib ki, xəstə həyatı göstərişlə əməliyyata qəbul olunub.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Tərtərdə mina partlayışı olub.


Sfera.az-ın məlumatına görə, Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Həsənqaya kəndi ərazisində qoyun otararkən minaya düşüb.

Elnur Həsənov xəstəxanaya yerləşdirilib./Qafqazinfo/
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR