Logo

Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şəmkir şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Məlumata görə, hadisə Şəmkir şəhər 1-ci küçə ilə 2-ci küçənin kəsişməsində qeydə alınıb.

"VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü A.Hüseynov və "Mercedes" markalı avtomobilin sərnişini, 1993-cü il təvəllüdlü N.Quliyev müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi hadisə yerinə çağrılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR