Logo

20 yaşlı gənci qatar vurub öldürdü

20 yaşlı gənci qatar vurub öldürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kürdəmirdə ötən gecə 20 yaşlı gənci qatar vurub.

Sfera.az "AzərTAc”a istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Elgün Bünyəd oğlu Quliyev kəndin ərazisində dəmir yolundan keçmək istəyərkən onu qatar vurub. Gənc elə hadisə yerində ölüb.

Onun cəsədi müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR