Logo

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də saat 17 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Məhəmməd Nəcəfovun idarə etdiyi "BMW” markalı avtomobil konstruksiya dəyişiklikləri edildiyinə görə saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün və sərnişini Əlirza Əliyevin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və onlar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil veriliblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR