Raket avtomobilin üstünə düşdü: Bir azərbaycanlı öldü, biri yaralandı
Kateqoriya məlum deyil
Ukraynanın Nikolayev şəhəri hazırda intensiv atəşə tutulur.
Sfera.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev APA-ya açıqlamasında bildirib ki, raket zərbəsinə tuş gələn avtomobildə olan bir azərbaycanlı həyatını itirib, biri isə yaralanıb.






