Logo

Ukraynanı tərk edən azərbaycanlılar gülləbaran edildi - Ölənlər və yaralananlar var

Ukraynanı tərk edən azərbaycanlılar gülləbaran edildi - Ölənlər və yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynadan Moldovaya keçmək istəyən azərbaycanlılar gülləbaran edilib.

Sfera.az  Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Odessada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu öz sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda bildirilir: "Bir saat öncə Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. Hadisə şahidlərinin dediyinə görə 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!!!"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR