Logo

Zərdabda mağazalardan oğurluq edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Zərdabda mağazalardan oğurluq edən şəxs saxlanıldı - ANBAAN VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Zərdab rayonu ərazisində yerləşən ərzaq və mobil telefon satışı ilə məşğul olan mağazalardan müxtəlif vaxtlarda oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumatlar daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, vətəndaşların müraciətləri əsasında Zərdab RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Zərdab rayon sakini Əli Əkbərov saxlanılıb. Ə.Əkbərovun mağazalardam 3 ədəd mobil telefon və 500 manata yaxın pul oğurladığı müəyyən edilib. Cinayəti əməllərini törədərkən istifadə etdiyi əşyalar isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb və Ə.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR