Logo

Qusarda bir ailənin 5 üzvünün öldüyü faciə ilə bağlı yeni xəbər - Dostu evə pəncərədən girib...

Qusarda bir ailənin 5 üzvünün öldüyü faciə ilə bağlı yeni xəbər - Dostu evə pəncərədən girib...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün Qusar şəhərində yaşadıqları evdə meyitləri tapılan Şıxovlar ailəsinin dəm qazından ölmələri öz təsdiqini tapıb.

Sfera.az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, hadisə evin mətbəxində quraşdırılmış "pitiminutka" adlanan qızdırıcıdan ətrafa yayılan dəm qazından qaynaqlanıb. Ailə başçısı Rusiz Şıxovun dostlarından biri zənglərə cavab verilmədiyindən pəncərədən içəri daxil olaraq onları ölmüş vəziyyətdə görüb, ailəsinə və polisə məlumat verib.

Qusar rayon prokurorluğundan Şıxovlar ailəsinin dəm qazından ölmələri təsdiqlənib.

Qeyd edək ki, fevralın 17-də Qusar şəhərinin Heydər Əliyev prospektindəki evlərin birində Rusiz Şıxov, həyat yoldaşı Əminə, uşaqları Osman, Sumeya və İmarənin meyitləri tapılmışdı. Mərhumların ailə üzvləri faciənin şokunu yaşadığı bir vaxtda daha bir ağır xəbər alıb.

Dəm qazından boğulan Əminənin Bakının Suraxanı rayonunda yaşayan bacısı Fidan həyat yoldaşı və 1 yaşlı oğlu ilə Qusara gələrkən Seymur Əliyev idarə etdiyi "Mersedes"markalı avtomobil aşıb və hər üçü ölüb. Dəm qazı və yol qəzası 2 ailəni məhv etdi. Bu gün faciənin 8 qurbanı Qusarda dəfn olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR