Güclü külək 162 nömrəli məktəbin dam örtüyünü uçurdu
Kateqoriya məlum deyil
Fevralın 13-də günorta saatlarında güclü külək nəticəsində Səbail rayonu 162 nömrəli tam orta məktəbin dam örtüyünün kənarlarında olan üzlük daşların bir hissəsi qoparaq düşüb.
Sfera.az xəbər verir ki, məktəbdən Lent.az-a bildirilib ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün müvafiq addımlar atılıb, aidiyyəti üzrə məlumat verilib.
Hazırda bərpa işləri görülməkdədir.






