Logo

Masallıda avtomobil aşdı, xəsarət alanlar var

Masallıda avtomobil aşdı, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Masallı rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

Sfera.az xəbər verir ki,  hadisə Yardımlı-Masallı yolunun "İsti-su” sanatoriyasının yaxınlığında baş verib.

Belə ki, "UAZ" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə Lerik rayonunun Nücü kənd sakinləri - 1973-cü il təvəllüdlü Yalçın Vəkil oğlu Ağayev, 1983-cü il təvəllüdlü Camal Bilal oğlu Rəhimov və 2004-cü il təvəllüdlü Yusif Siyavuş oğlu Seyfullayev müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR