Logo

Bakıda avtomobillər toqquşdu, ölən və yaralanan var

Bakıda avtomobillər toqquşdu, ölən və yaralanan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə fevralın 10-u saat 10 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakinləri - M.Zülfəliyevin idarə etdiyi "Tofaş” və Şöhlət Quliyevin idarə etdiyi "Oka” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Quliyev orada ölüb, digər sürücünün vəziyyəti orta-ağırdır.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR