Saatlıda ev yandı
Kateqoriya məlum deyil
Saatlı rayonunun Musalı kəndində birmərtəbəli ev yanıb.
Sfera.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Saatlı rayonunun Musalı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






