Cəlilabadda yol qəzası olub, ölən və yaralanan var
Kateqoriya məlum deyil
Cəlilabadda ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
İlkin məlumata görə, "Vaz 2107 markalı minik avtomobili ilə BMW markalı minik avtomobili toqquşub. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.





