Logo

Ağcabədidə yol qəzası oldu, baba və nəvə öldü

Ağcabədidə yol qəzası oldu, baba və nəvə öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağcabədidə iki nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Aran-Bəhramtəpə magistral yolunda qeydə alınıb.

Magistralın rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində "VAZ-21011" markalı minik maşını eyni hərəkət istiqamətində olan, İran İslam Respublikası vətəndaşına məxsus qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşınında olan baba və nəvə aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onlar, Ağcabədi rayon Təzəkənd sakinləri Qasımov Cahid Camal oğlu və Qasımov Camal Cahid oğludur.

Faktla bağlı araşdırma başlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR