Ötən ay Azərbaycanda 53 yol qəzası oldu, 60 nəfər öldü
Kateqoriya məlum deyil
Ötən ay Azərbaycanda yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb.
Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 1-dən fevralın 1-dək respublikanın avtomobil yollarında 53 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 60 nəfər ölüb, 33 nəfər xəsarət alıb.






