Logo

Yevlaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Yevlaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yevlax şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sfera.az xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

"VAZ-21015" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində, "VAZ" markalı avtomobildə olan, Yevlax şəhər sakinləri, 1982-ci il təvəllüdlü Rəsul Əsədov və 1985-ci il təvəllüdlü İlkin Şəmilov xəsarət alıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR