Logo

Sabunçuda dəhşətli yanğın: ölən var

Sabunçuda dəhşətli yanğın: ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1968-ci il təvəllüdlü İlham Bayram oğlu Cəfərovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR