Logo

Salyanda yol qəzası oldu, xəsarət alanlar var

Salyanda yol qəzası oldu, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Salyanda yol qəzası olub.

Sfera.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının 77-ci kilometrliyində qeydə alınıb. Belə ki, minik avtomobilinin qarşıda gedən avtomobilə çırpılması nəticəsində Hacıqabul rayon sakinləri, 1957-ci il təvəllüdlü Hüseynova Nazilə Məmmədhəsən qızı, 1955-ci il təvəllüdlü Əmirova Nəcibə Niftalı qızı və 1951-ci il təvəllüdlü Nəbiyeva Minabəyim Mədət qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR