Logo

Yasamalda avtomobil 57 yaşlı kişini vuraraq ağır xəsarətlər yetirdi

Yasamalda avtomobil 57 yaşlı kişini vuraraq ağır xəsarətlər yetirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda avtomobil 57 yaşlı kişini vuraraq ağır xəsarətlər yetirib.

Sfera.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Hüseyn Cavid prospektində yolu keçən 1965-ci il təvəllüdlü Hüseynov Fuad Fətulla oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR