Cəlilabadda ağır yol qəzası: ölənlər və yaralananlar var
Kateqoriya məlum deyil
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə Qarazəncir kəndində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobilinin yol təmiri təyinatlı "Kon” markalı avtomobilinə çırpılması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
(Report)






