Logo

"Neftçi"nin məşqçisi və 2 futbolçusu koronavirusa yoluxdu

"Neftçi"nin məşqçisi və 2 futbolçusu koronavirusa yoluxdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Neftçi"nin heyətində koronavirusa yoluxma halları qeydə alınıb.

Sfera.az xəbər verir ki, komandanın fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo, futbolçular Sezar Meza Kolli və Tiaqo Bezerrada infeksiya aşkarlanıb.

Yarımmüdafiəçi Xorxe Korreanın isə ailə üzvləri koronavirusa yoluxub. Bu səbəbdən, argentinalı futbolçunun özü də vətənində karantinə alınıb.

Onlar "ağ-qaralar"ın bu gün start götürən təlim-məşq toplanışında iştirak etmirlər.

Digər legioner Mamadu Mboc isə şəxsi işləri ilə bağlı klubdan icazə alıb. Mamadu Kane isə hazırda Afrika Millətlər Kubokunda iştirakı ilə əlaqadar "Neftçi"nin düşərgəsinə gec qoşulacaq.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR