Logo

Bayram günləri 176 yanğın oldu, 3 nəfər tüstüdən zəhərləndi

Bayram günləri 176 yanğın oldu, 3 nəfər tüstüdən zəhərləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayram günləri ərzində ümumilikdə 176 yanğına çıxış, 15 köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 2-si azyaşlı olmaqla 27 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğınlar zamanı 15 nəfər təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR