Logo

Üç rayonda dəm qazından zəhərlənmə hadisəsi qeydə alındı

Üç rayonda dəm qazından zəhərlənmə hadisəsi qeydə alındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncə, Samux və Göygöl sakinləri dəm qazından zəhərlənib.

Sfera.az APA-ya istinadən bildirir ki, Gəncədə gənc qız dəm qazından zəhərlənib.

Hadisə şəhərin İ.Əfəndiyev küçəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Zərquş Heydarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal gənc qıza tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Digər zəhərlənmə hadisəsi Göygöl rayonu Xasabağı kəndində qeydə alınıb. 1954-cü il təvəllüdlü Keyfi Salmanov xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun dəm qazından zəhərlənməsi məlum olub. 67 yaşlı kişi yaşadığı evin vanna otağında dəm zəhərlənib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Analoji hadisə Samux rayonunda da baş verib. Rayon sakini 1945-ci il təvəllüdlü Həmzə Həmzəyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaşlı kişinin vəziyyətinin kafi olduğu bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR