Logo

Şirvanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Şirvanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şirvan şəhərində bir ailənin üzvləri dəm qazından zəhərlənib.

Sfera.az xəbər verir ki, hadisə Şirvan şəhəri T. İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Şirvan sakinləri, 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu, 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə ikən dəm qazından zəhərləniblər.

Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR