Logo

Kürdəmir sakini dayısını güllələdi

Kürdəmir sakini dayısını güllələdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kürdəmir sakini dayısını güllələyib.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini E.Teyyubovun dayısı F.Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən F.Cəbrayılovun qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan "MR-43” markalı ov tüfəngi götürülüb.

F.Cəbraylov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR