Logo

Botoksun yaradıcısı 89 yaşında vəfat etdi

Botoksun yaradıcısı 89 yaşında vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Botoksu yaradan və müalicəvi məqsədlər üçün istifadə edən amerikalı oftalmoloq Alan Skott 89 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə "Vashington Post” yazıb.

Qəzetin məlumatına görə, həkim cümə axşamı, dekabrın 16-da Kaliforniyadakı "Greenbrae” xəstəxanasında vəfat edib, lakin onun ölüm xəbərləri yalnız indi gəlib. Skottun qızı Alison Ferqyusonun sözlərinə görə, ölümə səbəb soyuqdəymə olub.

Qeyd edək ki, botoks toksik maddə olan Botulinumdan yaradılıb. Botulinum İkinci Dünya Müharibəsi zamanı əzələ iflicinə səbəb olan bioloji silah kimi istifadə edilirmiş. Toksinin nümunələri ilə tanış olan Skot ondan botoks yaradıb.

ABŞ Qida və Dərman İdarəsi (FDA) 2002-ci ildə botoksun kosmetik məqsədlər üçün istifadəsinə icazə verib. Bu günə qədər milyonlarla insan qırışları hamarlaşdırmaq üçün botoks vurub.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR