Logo

Ələtdəki ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI

Ələtdəki ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşınının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən xəstələrdən birinin vəziyyəti ağırdır.

Bu barədə Sfera.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, 2010-cu il təvəllüdlü Ə.Əlillinin vəziyyəti kritikdir:

"Həkim müayinəsi zamanı ona kəllə-beyin travması və beyin əzilməsi diaqnozu qoyulub. Paralel olaraq ağciyərlərində də əzilmələr müşahidə edilir. Reanimasiyada olan digər iki nəfərin də vəziyyəti də orta-ağır olaraq qalır. Hazırda 3 nəfər reanimasiya şöbəsində, 3 nəfər isə stasionar şöbədə müalicəsini davam etdirir”.

Qeyd edək ki, dünən axşam saatlarında baş verən qəza nəticəsində 9 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR