Logo

Masallıda bazar ərazisində koronavirus xəstəsi aşkarlandı

Masallıda bazar ərazisində koronavirus xəstəsi aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Masallı rayon sakini Ə.Ağayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və Ə.Ağayev Köhnə Bazar adlanan ərazidə aşkarlanıb. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Ə.Ağayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR