Goranboyda avtomobil piyadanı vurdu
Kateqoriya məlum deyil
Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə Zeyvə kəndində qeydə alınıb.
Minik avtomobili 1979-cu il təvəllüdlü Pərviz Əjdər oğlu İbrahimovu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.






