Logo

Sabunçuda iki avtomobil toqquşub, ölənlər var

Sabunçuda iki avtomobil toqquşub, ölənlər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda "Shacman" markalı yük avtomobili ilə "Mercedes” və "Nissan" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Bu barədə Sfera.az FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sərnişinlər, 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlunun və digər bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR