Samuxda 32 yaşlı kişi dəm qazından zəhərləndi
Kateqoriya məlum deyil
Samuxda zəhərlənmə faktı qeydə alınıb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində baş verib.
1989-cu il təvəllüdlü T.Vəliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə 32 yaşlı kişi yaşadığı evdə dəm qazından zəhərlənib.






