Biləsuvarda 49 yaşlı kişi kimyəvi məhlul içərək intihar etdi
Kateqoriya məlum deyil
Biləsuvar rayonunun İsmətli kəndində intihar hadisəsi qeydə alınıb.
Sfera.az-ın məlumatına görə, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Vüqar Bulud oğlu Dövlətov "Neastol" adlı kimyəvi məhlul içib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.






