Logo

Mobil telefonla oynayan uşağı elektrik cərəyanı öldürdü

Mobil telefonla oynayan uşağı elektrik cərəyanı öldürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyada on yaşlı məktəbli smartfon telefondan istifadə edən zaman elektrik cərəyanının vurması nəticəsində ölüb. 

Sfera.az "Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə məktəblinin elektrik cərəyanına qoşulu olan smartfonda oyuna başladığı anda baş verib. Belə ki, elektrik şəbəkəsinə qoşulu olan telefonda oyunun start düyməsini basan məktəbli yüksək gərginlikli elektrik axımına məruz qalıb.

İstintaqın məlumatına görə, ölümə səbəb telefona ötürülən gərginliyin təyin olunmuş 12 volt deyil, 220 volta qədər kəskin sıçrayışı olub.

Hadisə dekabrın 1-də Rusiyanın Perm diyarında baş verib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR