Beşinci mərtəbədən düşdü, sağ qaldı - Bakıda film kimi HADİSƏ
Kateqoriya məlum deyil
Bakıda hər kəsi heyrətə gətirən hadisə baş verib.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından yıxılıb. O, həmin binanın birinci mərtəbəsindəki mənzilin artırmasının damında ilişib qalıb.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırılıb.
Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.






