Goranboyda 3 hərbçi dəm qazından zəhərləndi
Kateqoriya məlum deyil
Goranboyda 3 hərbçi dəm qazından zəhərlənib.
Sfera.az xəbər verir ki, hadisə Goranboy rayon mərkəzində Avtobazanın yaxınlığındakı 5 mərtəbəli binanın ikinci mərtəbəsində baş verib.
Eyni mənzildə kirayədə yaşayan - ikisi Ağcabədi və biri Yardımlı sakini olmaqla 3 nəfər hərbi qulluqçu dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
(Bizim.Media)






