Logo

Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib

Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib”.

Bu barədə Sfera.az-a qurumdan məlumat verilib. Bildirilib ki, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb.

"Müraciət edənlərin hər biri həkimlərin səyi nəticəsində sağalaraq, evə buraxılıb. Havaların soyuması ilə əlaqədar, son zamanlar dəm qazından zəhərlənmə halları çoxalıb və bu səbəbdən də əhalini ehtiyatlı olmağa çağırırıq”, - deyə məlumatda vurğulanıb.

Qurum, həmçinin dəm qazından zəhərlənmə əlamətlərini də qeyd edib:

"Bunlar başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s.-dir. Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR