Mingəçevirdə 34 yaşlı kişini maşın vurdu
Kateqoriya məlum deyil
Mingəçevirdə kişini maşın vurub.
Sfera.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Kür çayına yaxın hissəsində baş verib. Belə ki, yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Məmmədov Vüsal Kamal oğlunu avtomobil vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






