Logo

Bakıda qadın avtobusdan yıxıldı, ağır xəsarət aldı

Bakıda qadın avtobusdan yıxıldı, ağır xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

Sfera.az  "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayon ərazisində 1973-cü il təvəllüdlü Əhmədova Reyhan Əliş qızı 133 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi - Gənclik m/s ) üzrə hərəkət edən sərnişin avtobusundan yerə yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR