Şirvanda ticarət mərkəzində yanğın baş verdi
Kateqoriya məlum deyil
Şirvanda ticarət mərkəzində yanğın baş verib.
Sfera.az xəbər verir ki, Şirvan şəhərində yerləşən ticarət mərkəzinin xidməti otağında baş verən yanğına qısaqapanma səbəb olub.
Yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğın zamanı 80 kvadratmetr sahəni əhatə edən müşahidə kameralarının server otağı, anbarda yerləşən tütün məmulatları və mərkəzin əməkdaşlarının şəxsi əşyaları yanıb.
Faktla bağlı araşdırma aparılır.
(apa.az)






