Logo

Məktəbdə YANĞIN: şagirdlər təxliyə edildi

Məktəbdə YANĞIN: şagirdlər təxliyə edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəmkirdə yanğın olub.

Sfera.az xəbər verir ki, hadisə rayondakı Cahangir Rüstəmov adına tam orta məktəbdə qeydə alınıb. Orta məktəbdə elektrik naqillərində baş verən qısaqapanmadan yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı tez bir zamanda alınıb. Şagirdlər təxliyə edilib.

Məlumata görə, yanğın sinif otağındakı elektrik qızdırıcısından qaynaqlanıb.

(apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR