Qarabağ müharibəsində iştirak edən erməni komandir həbs edildi
Kateqoriya məlum deyil
Ermənistanda "Sisak” adlı silahlı dəstənin başçısı Aşot Minasyan həbs edilib.
Sfera.az xəbər verir ki, bu barədə onun vəkili Miqran Poqosyan feysbuk səhifəsində yazıb.
Vəkil bildirib ki, müvəkkilinn həbsi hökumətin sifarişidir.
Məlumata görə, Aşot Minasyan Azərbaycanın Qarabağ bölgəsinin işğalında və 44 günlük döyüşlərdə Ermənistan silahlılarının sırasında iştirak edib.






