Logo

Azərbaycanda bir ailənin üç üzvü dəm qazından zəhərləndi: Azyaşlı öldü

Azərbaycanda bir ailənin üç üzvü dəm qazından zəhərləndi: Azyaşlı öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib.

İlkin məlumata görə, həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 1988-ci il təvəllüdlü Lena Ramazan qızı Kərimova, onun iki övladı - 2010-cu il təvəllüdlü Polad Eldəniz oğlu Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Eldəniz qızı Məmmədova dəm qazından zəhərlənib.

Zəhərlənənlərdən 9 yaşlı Aylin Məmmədova hadisə yerində ölüb. L.Kərimova və 12 yaşlı P. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyəti orta-stabil qiymətləndirilir.

(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR