Ata 3 aylıq körpəni döyüb xəstəxanalıq etdi – Dəhşətli VİDEO
Körpənin anası yaşanan olay haqqında danışarkən həyat yoldaşının uzun müddətdir övladına şiddət tətbiq etdiyini deyib.

"Övladım atasının qucağında olanda ağlayırdı. Həyat yoldaşımdan şübhələnirdim, amma nəsə etdiyinə inanmaq istəmirdim. Bu haqda anama da dedim, amma o, "insan heç övladını döyərmi?” deyə mənə qarşılıq verdi.
Bir neçə gün uşağımın qışqırıq səslərini eşidirdim. Məni mətbəxə çaya, yemək gətirməyə göndərirdi. Həmin ərəfədə uşağı döyürdü. Bir dəfə qapının deşiyindən baxanda körpəmi döydüyünü gördüm, nəfəsim kəsildi, amma mənə də, uşağa da nəsə edər deyə səsimi çıxara bilmədim”.
3 aylıq uşağın anası, həmçinin əlavə edib ki, hadisənin şahidi olandan sonra yenidən anasına zəng edib:
"Telefonu götürməyimdən şübhələndi. Amma anamdan kameralı telefon istədim ki, həmin anları lentə alım. Gizlicə uşağımı döydüyü anları çəkdim. Sakitcə uşağı götürdüm, heç nə demədim ki, anlamasın”.
Günay Rəsulqızı
Sfera.az






