Goranboyda 32 yaşlı qadın dəm qazından zəhərləndi
Kateqoriya məlum deyil
Goranboy rayonunda qadın dəm qazından zəhərlənib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Tap Qaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü N.Əmrəhova yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.






